"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Habil HəMiDOV: “Məqsədimiz qəsəbəmizi daha abad görməkdir ”

--2015-08-27 / 10:53

Azərbaycanın  sosial-iqtisadi və mədəni inkişafında Xəzər rayonununda öz payı vardır. Xüsusi ilə qeyd etməliyik ki, Binə bələdiyyəsi də öz növbəsində rayon bələdiyyələri arasında daim inkişaf etməkdə olan rayonda aparılan abadlıq quruculuq işlərində öz töhvəsini verməkdədir. Bir məqamı da əlavə edim ki, ölkə bələdiyyələri içərisində ilk olaraq özünə müasir tipli inzibati bina məhz Binə bələdiyyəsi inşa etdirib. Bu gün faktiki olaraq inzibati binada bələdiyyənin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

Bəs 2014-cü il seçkilərindən sonra formalaşan Binə bələdiyyəsi ötən altı ayda hansı addımlar atıb? Seçicilərinin problemləri öz həllini necə tapır?

Bu və digər suallara aydınlıq gətirmək üçün Binə bələdiyyəsinin sədri Habil Həmidovla görüşdük.  Söhbətdə həm qəsəbədə mövcud olmuş problemlərdən, onların həlli yollarından həmdə tətbiq edilən yenilklərdən danışdıq.

-         Bu gün əvvəlki illərdən fərqli olaraq Binə bələdiyyəsi qəsəbənin sosial həyatında  daha fəal iştirakını davam etdirir. Deməliyəm ki, Binə bələdiyyəsi qəsəbədə abadlıq, təmizlik işlərini daim nəzarətdə saxlayır. Qəsəbədə yolların dağılmış hissələrinə imkan daxilində bərpa işləri həyata keçiririk. Qəsəbənin mərkəzi magistral yolunun 1200 m hissəsində təmir bərpa işləri aparılaraq yola 400m3 qum-daş qırıntısı tökülərək asfalt bərkidən katokla əzilərək qreyder vasitəsi ilə hamarlanmış, katokla yenidən bərkidilmişdir. Həmin əraziyə 100 m3 asfalt qırıntısı tökülərək qreyderlə hamarlanmışdır.

Bundan başqa qəsəbənin daxili torpaq yollarına qreyder salınaraq hamarlama işləri aparılıb. Qəsəbənin Bakı Elektro Avtomat zavodu ətrafında yaşayan sakinlərin müraciətini nəzərə alaraq qış aylarında məhəllələrə toplanmış yağış sularını təmizləmək məqsədi ilə bələdiyyə tərəfindən  nasos və şlanq alınaraq əhaliyə verilmişdir.

Bələdiyyənin inzibati binası qarşısındakı bağda və şəhidlərin xatirəsinə salınmış parkda 300m2yaşıl örtük döşənmiş  və müxtəlif ağaclar , bəzək kolları əkilmişdir.

Bundan əlavə yaz aylarında qəsəbə daxilindəki ağacların quru budaqları kəsilmiş, gövdələri əhənglə ağardılmışdır. Məhəllədaxili yolların kənarındakı alaq otları vurularaq daim təmizlənir.

Bələdiyyəmiz aztəmiantlı ailələridə unutmur. Aztəminatlı ailə kimi qeydiyyata alınmış qəsəbə sakinlərinə müxtəlif həcmdə maddi yardımlar edilib.

Cari ilin altı ayı ərzində əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində Binə bələdiyyəsi xeyli işlər görmüşdür. Qəsəbədəki 4 nəfər 20 Yanvar şəhid ailəsinin hər birinə 50 manat olmaqla 200 manat məbləğində, ərizə ilə müraciət etmiş 4 nəfər qəsəbə sakininin hər birinə 30 manat məbləğində maddi yardım edilmişdir. Qəsəbə sakini Məcli Tatyana Anatoliyeviçin dəfn olunması məqsədi ilə bələdiyyə tərəfindən 200 manat pul vəsaiti ayrılmış və onun dəfni təşkil edilmişdir. Böyük Vətən Müharibəsi dövrü  arxa cəbhə veteranları da unudulmamışdır. Qəsəbədəki Mədəniyyət Mərkəzində onlarla görüş təşkil olunmuş, veteranlardan əliyev Pənah, Novruzova Anna və şiriyev Bilala –hər birinə 50 manat olmaqla cəmi 150 manat pul vəsaiti onlara təqdim edilmişdir. Sonra böyük konsert proqramı keçirilmiş və Azərbaycan Televiziyası ilə işıqlandırılmışdır.

Aprel ayında qəsəbədəki tam orta məktəblərin 9-11-ci sinif şagirdləri arasında ulu öndər Heydər əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsibnin keçirilməsi haqqında Binə bələdiyyəsi qərar qəbul etmişdir. Məktəblərdə müsabiqə keçirilərək qaliblərə 550 manat məbləğində mükafat verilmiş və Azərbaycan televiziyası ilə çəkiliş aparılaraq işıqlandırılmışdır. Məktəblər arasında 1-ci yeri tutmuş qaliblərin öz aralarında keçirilən yekun turun qalibi 149 saylı tam orta məktəbin 10 a sinif şagirdi Ləman şükürlü orta məktəbi qurtarana qədər hər ay 30 manat təqaüd verilməsi haqqında qərar qəbul edilmişdir.

Binə bələdiyyəsi qəsəbədəki yeniyetmə və cavanların asudə vaxtlarını səmərəli keçirilməsini də diqqət mərkəzində saxlayır. Qəsəbənin yeniyetmələrindən ibarət futbol komandasına daim öz köməkliyimiz olunmuşdur. Komandanın AFFA-ya üzvlük haqqını ödəmək məqsədi ilə büdcədən 600 manat pul vəsaiti ayrılaraq ödənilmişdir.

Qəsəbəki tarixi abidələrin qorunmasını da Binə bələdiyyəsi diqqət mərkəzində saxlayır. Belə ki, qəsəbədəki “Mövsüm Səlim” məscidinin qorunub saxlanılmasına hər ayda 150 manat pul vəsaiti büdcədən ayrılaraq məscidə verilmişdir. Məsciddəki telefonun abunə xərci də Binə bələdiyyəsi tərəfindən ödənilir.

Binə bələdiyyəsi 6 ayda 11 ümumi yığıncaq keçirmişdir, 45 məsələ müzakirəyə çıxarılaraq müxtəlif qərarlar qəbul edilmişdir. Abadlıq işlərinin aparılmasına - 6 məsələ, mədəni tədbirlərin keçirilməsinə -10 məsələ, ərizə və məktubların müzakirəsinə - 8 məsələ , təşkilati məsələlərə- 21 məsələ həsr edilərək müzakirə edilmişdir və müvafiq qərarlar qəbul edilmişdir.

Altı ay ərzində müxtəlif idarə və təşkilatlardan Binə bələdiyyəsinə 138 məktub , vətəndaşlardan isə 52 ərizə daxil olmuşdur. RiH-dən 52, nazirliklərdən 15, müxtəlif idarə və təşkilatlardan isə 71 məktub daxil olmuşdur.Daxil olan ərizə və məktubların bir qismi vətəndaşlara maddi yardım olunması ilə bağlıdır. ərizə ilə müraciət edənlərin çox hissəsi məcburi köçkün , şəhid ailələri və Qarabağ müharibəsi veteranlarıdır.6 ay ərzində Binə bələdiyyəsi tərəfindən 420 vətəndaş qəbul edilmiş, onların müraciətləri diqqətlə dinlənilmiş, yerində həll olunası məsələlər həll edilmiş və aidiyyatı qurumlara müraciətlər edilmişdir.

Bələdiyyəmizin əsas məqsədi sakinlərimizin maddi-rifah halının yaxşılaşdırlmasına və qəsəbəmizin daha abad və yaraşıqlı olmasına çalışmaqdır.

"BəLəDiYYə HəYATI" qəzeti 

ŞƏRHLƏR